Meteoroloqlar: 2018-ci ilin iyunu havanın müşahidə tarixində ikinci ən isti ay olub

276

2018-ci ilin iyun ayı bir çox ölkələrdə görünməmiş dərəcədə isti keçib. Avropa orta müddətli hava proqnozları mərkəzinin məlumatına görə, iyun ayı hava və iqlimin sistemli müşahidəsi tarixində ikinci ən isti ay olub. Bu barədə Dünya Meteorologiya Təşkilatı məlumat yayıb.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, meteoroloqlar 2018-ci ilin iyun ayında temperaturun Sibirin şimalında hədsiz isti, ABŞ-ın böyük hissəsində, Kanadanın və Şimali Afrikanın mərkəzində, habelə Yaxın Şərqdə və Çinin şimalında ortadan xeyli yüksək olduğunu bildiriblər.

ABŞ-da isti günlər iyulda da davam edir. Bu ayın əvvəlində Kaliforniya ştatının Çino şəhərində 48,9° isti, Burbank aeroportunda 45,6° isti qeydə alınıb. Ölüm Vadisi Milli Parkında iyulun 8-də temperatur 52° isti olub. Dünya Meteoroloji Təşkilatı bu yerdə 1913-cü il iyulun 10-da Yer kürəsində mütləq rekord temperaturun – 56,7° istinin qeydə alındığını xatırladıb.

Kvebekdə (Kanada) isti hava və rütubət onlarca insanın ölümünə səbəb olub.

Uarqlada (Əlcəzair) iyulun 5-də temperatur müsbət 51°C olub. Omanda Məsqətdən cənubda iyunun 24-də temperatur gecə-gündüz 42,6°C-dən aşağı düşməyib, yəni axşam və səhər də hədsiz isti olub.

Builki iyun və iyul ayları təkcə istilərlə deyil, güclü yağışlarla da müşayiət olunur. Yaponiyada leysan və torpaq sürüşməsindən 160-dək insan ölüb. İyulun 10-da “Mariya” tufanı Tayvana çatıb. Küləyin ani şiddəti saatda 250 kilometrə çatıb ki, bu da üçüncü dərəcəli qasırğaya uyğundur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: