Avstriyanın ən tirajlı gündəlik qəzeti Azərbaycanın turizm imkanlarından yazır

101

Avstriyanın ən böyük tirajlı gündəlik “Kronen” qəzetinin “Reisezeit” (Səyahət zamanı) buraxılışında Azərbaycana həsr olunmuş məqalə dərc olunub.

NUHÇIXAN xəbər verir ki, qəzetin səyahət yazarı Karl Qrammerin qələmə aldığı “Qafqazda dövran dəyişimi” sərlövhəli məqalənin girişində turistlərin Azərbaycan və Gürcüstan kimi ölkələri hələ də yaxşı tanımadıqları qeyd edilir. Hər iki ölkədə səyahətdə

olan müəllif əlavə edir ki, bu vəziyyət tezlikdə dəyişəcək, çünki həm Bakı, həm də Tbilisidə bu istiqamətdə əsl canlanma ab-havası hökm sürür.

Hər iki şəhərin turistik məkanlarının əks olunduğu məqalədə əsas foto kimi dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa olunmuş Heydər Əliyev Mərkəzi göstərilir. Yerli bələdçi ilə Bakı və onun ətrafındakı gəzməli-görməli yerlərə baş çəkən məqalə müəllifi turistlər üçün maraqlı ola biləcək mövzulara toxunub.

Azərbaycanın tarixi inkişafından müasir dövrünə ekskursiya edən müəllif əsas diqqəti bu həftənin sonunda Bakıda keçiriləcək “Formula-1” yarışlarına yönəldir. Qeyd edilir ki, mavi ekranlar qarşısına toplaşan milyonlarla tamaşaçı Xəzər dənizi sahilindəki metropolda Sebastian Vettel, Levis Hamilton və digərlər pilotların möhtəşəm avtoyarışını böyük zövqlə seyr edəcəklər.

Məqalənin yekununda bildirilir ki, istər motorlu idman, istər 2012-ci ildə Bakının ev sahibliyi etdiyi “Avroviziya” mahnı müsabiqəsi, istərsə də ölkənin mədəni zənginliyi olsun, bu gün diqqət mərkəzində dayanan Qafqaz ölkələrinin bir əsas hədəfi var. Bu ölkələr əsrlər boyu məşhur İpək Yolu zamanında malik olduqlarını – Şərq və Qərb arasında səyahət edən səyyahlar üçün əsrarəngiz məkanların mövcudluğunu yenidən göstərmək istəyirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: