Türkiyədə zəlzələ: yaralılar var

73

Türkiyənin Adıyaman vilayətinin Samsat rayonunda Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ olub.

NUHÇIXAN xəbər verir ki, yerli vaxtla gecə saat 03.34-də baş verən yeraltı təkan əhalini vahiməyə salıb. Bəzi tikililərə xəsarət dəyib, 13 nəfər yaralanıb. Yeraltı təkanların ocağı 9,17 kilometr dərinlikdə yerləşib.

Qeyd edilir ki, zəlzələnin mərkəz bazası olan Samsatda 2017–ci il martın 2-də də 5,1 bal gücündə zəlzələ olmuş və əraziyə böyük ziyan dəymişdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: