“Qəbələ” klubu Avropa Liqasının birinci təsnifat mərhələsi üçün sifariş vərəqini UEFA-ya təqdim edib

92

“Qəbələ” futbol klubunun UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi üçün heyəti müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, “qırmızı-qaralar” Lüksemburqun “Proqres” klubu ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib. Quruma göndərilən “A” vərəqində 18 futbolçu yer alıb.

Heyətə qapıçılar Dmitri Bezotosnıy, Aqil Məmmədov, müdafiəçilər Ürfan Abbasov, İlqar Qurbanov, Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə, Rasim Ramaldanov, Voyislav Stankoviç, yarımmüdafiəçilər Qismət Alıyev, Lalavele Atakora, Cavid Hüseynov, Roman Hüseynov, Elvin Camalov, Sabien Lilay, Asif Məmmədov, hücumçular Stiven Cosef-Monroz, Rauf Əliyev və Ceyms Adeniyi daxil edilib.

Xatırladaq ki, “Qəbələ” ilə “Proqres” kollektivi arasında ilk oyun iyulun 12-də, cavab matçı iyulun 19-da olacaq. Azərbaycan komandası ilk matçını Qəbələdə – doğma divarlar arasında keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: