“DÇ 2018”: Yarımfinala sonuncu vəsiqə uğrunda Rusiya və Xorvatiya yığmaları qarşılaşırlar

194

İyulun 7-də futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinin sonuncu görüşündə ev sahibi Rusiya yığması Xorvatiya millisi ilə qarşılaşır.

NUHÇIXAN xəbər verir ki, Soçidəki “Fişt” stadionunda keçirilən görüşdə Rusiya millisinin start heyətində İqor Akinfeyev, Mario Fernandes, İlya Kutepov, Sergey İqnaşeviç, Fyodor Kudryaşev, Roman Zobnin, Daler Kuzyayev, Aleksander Samedov, Denis Çerişev, Aleksandr Qolovin və Artyom Dzyuba yer alıblar.

Xorvatiya yığmasının ilk onbirliyində isə Daniyel Subaşiç, İvan Striniç, Domaqoy Vida, Deyan Lovren, Şime Vrsalko, İvan Perişiç, Luka Modriç, İvan Rakitiç, Ante Rebiç, Andrey Kramariç və Mario Mancukiç yer alıblar.

Oyunu braziliyalı referi Sandro Rikki idarə edir.

Bu oyunun qalibi yarımfinalda İngiltərə millisi ilə görüşəcək.

Hər iki komanda dörddəbir final mərhələsinə 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlməklə yüksəlib. “A” qrupunda 6 xalla ikinci yeri tutan Rusiya yığması səkkizdəbir finalda İspaniya ilə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatan görüşdə 11 metrlik cərimə zərbələrini daha dəqiq (4:3) yerinə yetirərək dörddəbir finala vəsiqə qazanıb.

Mundialın qrup mərhələsində bütün görüşləri qələbə ilə başa vuran üç komandadan biri olan Xorvatiya yığması isə dörddəbir finala vəsiqə uğrunda görüşdə Danimarka millisini mübarizədən kənarlaşdırıb. Əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatan həmin matçda Xorvatiya yığması 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlib – 3:2.

Mundialın yarımfinal mərhələsinin oyunları iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: