Sağlamlıq imkanları məhdud uşaqlar Ağbulaqda istirahət ediblər

301

 

NUHÇIXAN xəbər verir ki, “Yay məktəbi”nin növbəti mərhələsində 1 həkim, 4 nəzarətçi və valideynlər olmaqla  sağlamlıq imkanları məhdud 39 uşaq iştirak edib.

Sağlamlıq imkanları məhdud uşaqlar asudə vaxtlarının səmərəli keçməsi məqsədilə uşaqlar arasında dama və  boccia üzrə yarış keçirilib.  Qaliblər diplom və hədiyyələrlə təltif olunublar. Sağlamlıq imkanları məhdud şəxslərdən ibarət “İnam” musiqi qrupunun konserti və Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivinin  “Qoğalın sərgüzəşti ” tamaşası balaca izləyicilərdə xoş ovqat yaradıb.

İstirahətin sonuncu günündə uşaqlar arasında bilik yarışı keçirilib. Sonda qaliblərə oxunması zəruri  olan kitablar, digər iştirkaçılara isə Azərbaycan xalq nağılları, şeirlər yazılmış cd-lər təqdim olunub.

 

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: