Əlincənin vurğunu olan əcnəbilər

383

Naxçıvanın turizm potensialı, tarixi və coğrafi abidələri bu gün təkcə yerli turistlərin deyil, əcnəbilərin də diqqətini çəkir. Naxçıvana gələn turistlər olduqları ərazilərlə bağlı çəkdikləri foto və videogörüntüləri məmnuniyyətlə sosial şəbəkələrdə paylaşırlar. Bundan başqa onların yaydıqları bu cür materiallarda Naxçıvana və tarixi abidələrimizə  şəxsi münasibətləri də maraqlıdır.

NUHÇIXAN xəbər verir ki, bu günlərdə sosial şəbəkədə yayımalanan videolardan birində 3 nəfər əcnəbi turist Əlincəqalanın ən yüksək yerində dayanıb insanları qədim qalaya gəlməyə səsləyir. Video müraciətdə  qeyd olunur ki, turistlər Naxçıvanda fəaliyyət göstərən tanınmış “NATİG TRAVEL” turizm şirkətinin qonaqlarıdır. Portuqaliyadan olan Gouiveta Bruno hamını Naxçıvana səsləyir: “İndiyə qədər gördüyünüz bütün gözəllikləri unudun. Amerikanı unudun.  Sizi təəccübləndirən bütün qəribəlikləri yaddan çıxarın və bura gəlin. Naxçıvanda tarixi, keçmişi və  bunların hamısını bu dağlarda görəcəksiniz”- deyə öz təəccübünü gizlədə bilmir. Avstriyadan olan Radner Mattihaus isə Əlincə qalanı Perudakı məşhur Maçu Piççuya oxşadır: “Biz sizi Naxçıvanın Machu Piccusundan salamlayırıq. Bura doğurdan da möhtəşəmdir, görməli və maraqlı yerdir. Biz Rusiyadan olan həmkarlarımızla buranı məmnuniyyətlə gəzdik ” –deyə o almandilli turistlərə səslənir. Rusiyalı xanım Yelizaveta Borisova isə öz həmkarına təşəkkür edərək deyir: “Çox sağ olun, Rusiyadan olan hər kəsə salamlarımı çatdırıram. Bura çıxmaq bir qədər vaxt aparsa da, əsl mənada valehedicidir. Buna doğurdan da dəyər. Bu yer insanı valeh edir. Burda tamam başqa ab-hava və enerji var. Çox sağ olun ki, bizə əsl cənnəti göstərdiniz ”.

Qeyd edək ki, Naxçıvanın tanınmış turizm şirkəti olan “NATİG TRAVEL”-dən NUHÇIXAN-a verilən məlumata görə, şirkət  Naxçıvanın bütün turizm obyektlərini, o cümlədən Əlincəqalanı dünyada tanıtmaq üçün maraqlı layihələr həyata keçirir və turizm turları təşkil edir.

                                                             Anar Tağıyev

                                                             NUHÇIXAN

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: