Şərur çöllərinin, rəmzi mənada qan damarı hesab etdiyimiz Arpaçay dəryaçası, dəryaçadan qidalanan Sağ və Sol sahil kanalları, həmçinin, çay yatağı yenə də çağlayır. Çünki 150 milyon tutumu olan Arpaçay dəryaçasında hazırda 121,87 milyon kubmetr su vardır.
Rayon Suvarma Sistemləri İdarəsindən ötən gün aldığımız məlumata görə, dəryaçaya bir saniyədə 1,3 kubmetr su daxil olur və sutullayıcı qurğu vasitəsi ilə 2 kubmetr su çıxır.
Mütəxəssislərin dediyinə görə, mövcud su ehtiyatı yay və payız suvarmalarının normal təşkili üçün kifayət edəcəkdir.
Suvarmanın təşkilində idarənin tabeliyində olan nasos stansiyalarıdan və subartezian quyularından da istifadə olunur. Ona görə də bu qurğuların sazlığı daim nəzarətdə saxlanılır.
“Şərurun səsi” qəzeti