2018-ci il dövlət büdcəsi haqqında qanunda dəyişikliklər təsdiqlənib

679

NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, I kitab, maddə 2258) aşağıdakı dəyişikliklər edilir:

1-ci maddə aşağıdakı redaksiyada verilir:

“Maddə 1. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirləri 22 149 000,0 min manat, xərcləri 23 100 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 21 495 650,0 min manat,yerli gəlirləri 653 350,0 min manat, mərkəzləşdirilmiş xərcləri 22 376 075,0 min manat, yerli xərcləri 723 925,0 min manat) məbləğində təsdiq edilsin.”.

2.2-ci maddədə “2 320 000,0” rəqəmləri “2 533 000,0” rəqəmləri ilə, 2.5-ci maddədə “4 288 000,0” rəqəmləri “4 033 000,0” rəqəmləri ilə, 2.5.1-ci maddədə “1 705 000,0” rəqəmləri “2 220 000,0” rəqəmləri ilə, 2.8-ci maddədə “91 000,0” rəqəmləri “103 000,0” rəqəmləri ilə, 2.8.1-ci maddədə “18 000,0” rəqəmləri “30 000,0” rəqəmləri ilə, 2.10-cu maddədə “535 000,0” rəqəmləri “768 000,0” rəqəmləri ilə, 2.14-cü maddədə “9 216 000,0” rəqəmləri “10 966 000,0” rəqəmləri ilə, 2.17-ci maddədə “112 000,0” rəqəmləri “142 000,0” rəqəmləri ilə və 2.18-ci maddədə “460 000,0” rəqəmləri “499 000,0” rəqəmləri ilə əvəz edilir.

3.1-ci maddədə “333 000,0” rəqəmləri “372 000,0” rəqəmləri ilə, 3.1.1-ci maddədə “91 000,0” rəqəmləri “103 000,0” rəqəmləri ilə, 3.1.7-ci maddədə “133 000,0” rəqəmləri “160 000,0” rəqəmləri ilə əvəz edilir.

8-ci maddədəki cədvəl aşağıdakı redaksiyada verilsin:

Sıra

№-si

Xərclərin istiqamətləri Məbləğ

(manatla)

1 2 3
8.1. Ümumi dövlət xidmətləri 3.628.576.252,0
8.1.1. qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri 662.605.431,0
8.1.2. beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlükhaqqı xərcləri 215.700.000,0
8.1.3. elm xərcləri 128.120.367,0
8.1.4. başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri 72.272.931,0
8.1.5. dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 2.262.777.523,0
8.1.6. yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya 5.200.000,0
8.1.7. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 281.900.000,0
8.2. Müdafiə 2.905.221.836,0
8.2.1. müdafiə qüvvələri 1.384.067.865,0
8.2.2. milli təhlükəsizlik 130.358.826,0
8.2.3. müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 2.663.347,0
8.2.4. digər kateqoriyalara aid edilməyən xərclər 1.388.131.798,0
8.3. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq 1.384.235.133,0
8.3.1. məhkəmə hakimiyyəti 54.346.645,0
8.3.2. hüquq-mühafizə 1.004.451.945,0
8.3.3. prokurorluq 58.270.259,0
8.3.4. digər kateqoriyalara aid edilməyən xidmətlər 267.166.284,0
8.4. Təhsil 2.043.989.508,0
8.4.1. məktəbəqədər təhsil 175.314.065,0
8.4.2. ümumi təhsil 1.082.159.571,0
8.4.3. ilk peşə-ixtisas təhsili 27.977.633,0
8.4.4. orta ixtisas təhsili 41.302.250,0
8.4.5. ali təhsil 42.716.929,0
8.4.6. əlavə təhsil 3.743.051,0
8.4.7. təhsil sahəsində digər müəssisə və tədbirlər 670.776.009,0
8.5. Səhiyyə 739.334.330,0
8.5.1. poliklinikalar və ambulatoriyalar 109.563.299,0
8.5.2. xəstəxanalar 349.210.619,0
8.5.3. səhiyyə sahəsində digər xidmətlər 6.608.160,0
8.5.4. səhiyyə sahəsində tətbiqi tədqiqatlar 5.112.214,0
8.5.5. səhiyyə sahəsinə aid edilən digər xidmətlər 268.840.038,0
8.6. Sosial müdafiə və sosial təminat 2.343.047.383,0
8.6.1. sosial müdafiə xərcləri 2.309.285.582,0
8.6.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1.300.000.000,0
8.6.2. sosial təminat xərcləri 33.701.801,0
8.6.3. sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar 60.000,0
8.7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 327.129.760,0
8.7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət 128.547.661,0
8.7.2. radio, televiziya və nəşriyyat 57.721.175,0
8.7.3. bədən tərbiyəsi, gənclər siyasəti və turizm 64.590.913,0
8.7.4. digər kateqoriyalara aid edilməyən fəaliyyət 76.270.011,0
8.8. Mənzil və kommunal təsərrüfatı 458.558.557,0
8.8.1. mənzil təsərrüfatı 61.206.293,0
8.8.2. kommunal təsərrüfatı 345.056.129,0
8.8.3. su təsərrüfatı 33.961.000,0
8.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 18.335.135,0
8.9. Yanacaq və enerji 18.016.600,0
8.9.1. enerji kompleksi 16.995.000,0
8.9.2. yanacaq və enerji kompleksi sahəsi üzrə təcrübə və tətbiqi tədqiqatlar 1.021.600,0
8.10. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 755.282.725,0
8.10.1. kənd təsərrüfatı 713.998.035,0
8.10.2. meşə təsərrüfatı 13.342.261,0
8.10.3. balıqçılıq və ovçuluq 3.118.853,0
8.10.4. ətraf mühitin mühafizəsi 16.854.733,0
8.10.5. hidrometeorologiya tədbirləri 7.968.843,0
8.11. Sənaye, tikinti və faydalı qazıntılar 5.104.376.000,0
8.11.1. tikinti 5.087.476.000,0
8.11.1.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 5.075.200.000,0
8.11.2. faydalı qazıntılar 12.900.000,0
8.11.3. geodeziya və xəritəçəkmə 4.000.000,0
8.12. Nəqliyyat və rabitə 166.790.678,0
8.12.1. nəqliyyat 110.286.678,0
8.12.2. rabitə 56.504.000,0
8.13. İqtisadi fəaliyyət 1.390.111.000,0
8.13.1. iqtisadi və kommersiya fəaliyyəti 196.481.000,0
8.13.1.1. sahibkarlığa dəstək 46.481.000,0
8.13.1.2. Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri 150.000.000,0
8.13.2. iqtisadi fəaliyyətin digər sahələri 1.193.630.000,0
8.14. Əsas bölmələrə aid edilməyən xidmətlər 1.835.330.238,0
8.14.1. məqsədli büdcə fondları 372.000.000,0
8.14.1.1. “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu 372.000.000,0
8.14.2. ehtiyat fondları 404.000.000,0
8.14.2.1. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu 304.000.000,0
8.14.2.2. Dövlət büdcəsinin Ehtiyat Fondu 100.000.000,0
8.14.3. əsas bölmələrə aid edilməyən sair xərclər 1.059.330.238,0
8.14.3.1. beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər 20.000.000,0
8.14.3.2. fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər 20.000.000,0
8.14.3.3. digər xidmətlər üzrə xərclər 1.019.330.238,0

10-cu maddə üzrə:

– “7.907.000.000,0” rəqəmləri “7.380.000.000,0” rəqəmləri ilə və “7.142.650.000,0” rəqəmləri “6.615.650.000,0” rəqəmləri ilə əvəz edilsin;

– maddənin cədvəlinin “1. Bakı” sətrində “7 283 800 000” rəqəmləri “6 756 800 000” rəqəmləri ilə, “6 983 973 000” rəqəmləri “6 456 973 000” rəqəmləri ilə, “Cəmi:” sətrində “7 907 000 000” rəqəmləri “7 380 000 000” rəqəmləri ilə və “7 142 650 000” rəqəmləri “6 615 650 000” rəqəmləri ilə əvəz edilsin.

– 15-ci maddədə“920 000,0” rəqəmləri “951 000,0” rəqəmləri ilə və “891 000,0” rəqəmləri “922 000,0” rəqəmləri ilə əvəz edilsin.

16-cı maddədə “24 936 733,6” rəqəmləri “26 575 248,2” rəqəmləri ilə əvəz edilsin.

17-ci maddədə “12 389 746,0” rəqəmləri “13 761 446,0” rəqəmləri ilə əvəz edilsin.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: