Cənubi Qafqaz son bir həftə ərzində dünyanın ən isti yerlərindən biri olub

271

Cənubi Qafqaz regionu son bir həftə ərzində dünyanın ən isti yerlərindən biri olub.

NUHÇIXAN “Washington Post” qəzetinə istinadən xəbər verir ki, son bir həftədə Yaxın Şərqdə ən yüksək temperatur Omanda, Avrasiyada isə Gürcüstanda və Ermənistanda qeydə alınıb.

Ermənistanda iyulun 2-də havanın temperaturu 42 dərəcəyədək yüksəlib, iyulun 4-də Tbilisidə isə isti 40,5 dərəcəyə çatıb.

Şimali Amerika ölkələri arasında ən yüksək temperatur Kanadanın Monreal şəhərində qeydə alınıb. Orada iyulun 2-də 36,6 dərəcə isti müşahidə olunub.

Yaxın Şərqdə ən yüksək temperatur iyunun 28-də Kuriyatedə (Oman) qeydə alınıb. Burada 42,6 dərəcə isti olub.

Avropanın şimal hissəsində, xüsusən Şotlandiyanın paytaxtı Qlazqoda temperatur 33,2 dərəcəyə yüksəlib.

Qeyd edək ki, Azərbaycanda respublika üzrə orta temperatur həftə ərzində 40 dərəcəni üstələyib, Mərkəzi Aran rayonlarında və Naxçıvan MR-da isə 40-44 dərəcə isti olub. Paytaxt Bakıda iyulun 2-də temperatur 40-43 dərəcəyə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: