Sinoptiklər anomal isti hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a veriləm xəbərə görə, iyulun 4-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39-41, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 40-44, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacaq.
Belə hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-dan 17:00-dək Günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.
Günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyiniz tövsiyə olunur.