Yerevanda etirazçılara hərbi formalı şəxslər də qoşuldu

77

Ermənistanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etiraz aksiyaları davam edir.

NUHÇIXAN-ın məlumatına görə, bu gün Yerevanda aksiya iştirakçıları arasında hərbi formalı onlarla şəxs də yer alıb.

Onlar Ermənistan Silahlı Qüvvələrində xidmət etdiklərini bildiriblər. Bu barədə Ermənistan Müdafiə Nazirliyi münasibət bildirməyib.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda 2008-ci ildən ölkəyə rəhbərlik edən S.Sarkisyanın baş nazir seçilməsinə etiraz məqsədilə aksiyalar keçirilir.

Hazırda nümayişçilər lidersiz qalıblar. Belə ki, aprelin 21-də Armen Qriqoryan və David Sanasaryan, bazar günü isə deputatlar Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyan saxlanılıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: