İyulun 2-də İsveçin Höteburq şəhərində 16 yaşadək qızlar arasında 14-cü açıq Avropa turnirinə start verilib.
NUHÇIXAN Avropa Həndbol Federasiyasına istinadla xəbər verir ki, “C” qrupunda 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət Azərbaycan millisi ilk yarış günündə Fransa və Finlandiya yığmaları ilə üz-üzə gəlib.
Təmsilçilərimiz birinci oyunda Fransa kollektivinə məğlub olublar – 23:6. Daha sonra Finlandiya həndbolçuları ilə qarşılaşan komandamız görüşdən minimal hesabla qalib ayrılıb – 18:17.
Qeyd edək ki, çempionat iyulun 6-dək davam edəcək.