İyulun 23-də Yer kürəsində G1 sinfinə aid geomaqnit qasırğası gözlənilir.
NUHÇIXAN-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, 15, 20 və 22 iyulda isə geomaqnit həyəcanlaşması olacaq.
Xatırladaq ki, bu ilin ən güclü qasırğası aprelin 20-də qeydə alınıb. Sonrakı müddətdə isə mayın 6-7-də və iyunun 28-də zəif geomaqnit qasırğaları baş verib.