Şairin 70 illik yubileyi qeyd olunub
NUHÇIXAN xəbər verir ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şair-publisist Vaqif Məmmədovun anadan olmasının 70 illiyi münasibətilə əsərlərinin müzakirəsi keçirilib.
Tədbirdə bildirilib ki, 40-dan artıq kitabın müəllifi olan Vaqif Məmmədov ömrünün 45 ilini bədii və elmi yaradıcılığa həsr edib. Vətənpərvərlik, milli birlik mövzusu, azərbaycançılıq ideyasının tərənnümü Vaqif Məmmədovun yaradıcılığının ana xəttidir. Vətəninə, el-obasına bağlılıq, vətəndaşlıq pafosu onun yaradıcılığında aydın əks olunur. Azərbaycan oxucusu ilə bərabər türkdilli ölkələrin ədəbiyyatşünasları və poeziyasevərləri Vaqif Məmmədov yaradıcılığına yaxından bələddirlər.
Daha sonra tədbir iştirakçıları şairlə bağlı olan xatirələrindən danışıblar.
Sonda isə şairin şeirlərindən ibarət videomateriala və kitablarından ibarət sərgiyə baxış olub.
Mədinə Rəhimli