“Rusiya 2018”: Dörddəbir finala növbəti vəsiqəni Xorvatiya yoxsa Danimarka qazanacaq?

262

İyulun 1-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin növbəti oyunu başlayıb.

NUHÇIXAN xəbər verir ki, Nijniy Novqorod stadionunda Xorvatiya və Danimarka milliləri qarşılaşırlar.

Xorvatiya millisinin start heyətində Daniel Subaşiç, Şime Vrsalko, İvan Striniç, İvan Perişiç, Deyan Lovren, İvan Rakitiç, Luka Modriç, Marselo Brozoviç, Mario Mancukiç, Ante Rebiç və Domaqoy Vida yer alıblar.

Danimarka yığmasının heyətində isə meydana Kasper Şmeyxel, Simon Ker, Yonas Knudsen, Andreas Kristensen, Tomas Dileyni, Kristian Eriksen, Martin Breytueyt, Matias Yorqensen, Henrik Dalsqor, Yussuf Poulsen və Andreas Kornelius çıxıblar.

Matçın baş hakimi argentinalı Nestor Pitanadır.

Bu oyunun qalibi dörddəbir finalda Rusiya komanda ilə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: