“Rusiya 2018”: İspaniya və Rusiya komandaları qarşılaşırlar

214

İyulun 1-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsində İspaniya-Rusiya oyununa start verilib.

NUHÇIXAN xəbər verir ki, Moskvadakı “Lujniki” stadionunda keçilən görüşdə İspaniya millisinin heyətində meydana David De Xea, Xerard Pike, Naço, Serxio Buskets, Koke, Serxio Ramos, Xordi Alba, Dieqo Kosta, Marko Asensio, David Silva, və İsko çıxıblar.

Rusiya millisinin start heyətində isə İqor Akinfeyev, Mario Fernandes, İlya Kutepov, Sergey İqnaşeviç, Daler Kuzyayev, Roman Zobnin, Fyodor Kudryaşov, Aleksandr Qolovin, Yuri Jirkov, Aleksandr Səmədov və Artyom Dzyuba yer alıblar.

Bu gün Xorvatiya-Danimarka matçı isə saat 22:00-da Nijni Novqorod stadionunda start götürəcək.

Bu oyunlardan sonra dünya çempionatının daha iki dörddəbir finalçısının adı məlum olacaq.

Xatırladaq ki, dünən dörddəbir finala ilk iki vəsiqənin sahibi müəyyənləşib. Portuqaliya millisinə 2:1 hesabı ilə qalib gələn Uruqvay yığması və Argentinanı 4:3 hesabı ilə məğlub edən Fransa komandası növbəti mərhələyə adlayıblar.

İyulun 2-də Braziliya-Meksika və Belçika-Yaponiya, ertəsi gün isə İsveç-İsveçrə və Kolumbiya-İngiltərə görüşləri oynanılacaq. Mundialın dörddəbir final mərhələsinin oyunları iyulun 6-7-də, yarımfinal matçları iyulun 10-11-də keçiriləcək. İyulun 14-də üçüncü yer uğrunda görüş, nəhayət, iyulun 15-də final qarşılaşması baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: