İtaliyanın “Agenzia Nova” xəbər saytında iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qisimləri, birlik və birləşmələrinin iştirakı ilə keçiriləcək genişmiqyaslı təlimləri barədə məqalə yayılıb.
NUHÇIXAN xəbər verir ki, məqalədə təlimlərə Silahlı Qüvvələrin şəxsi heyətinin, hərbi texnikanın cəlb olunacağı bildirilir. Təlimlərdə şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodların icra ediləcəyi diqqətə çatdırılır.