Rəyasət Heyətinin növbəti iclası keçirilib

243

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib. NUHÇIXAN-a bu barədə qurumun İnformasiya şöbəsindən məlumat verilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti, qarşıda duran vəzifələri haqqında olan müzakirələrlə bağlı məlumat verilib. Qeyd olunub ki, hesabat ilində akademiyanın elmi müəssisələri tərəfindən 1500-ə yaxın tədqiqat işi aparılıb, alınan nəticələr əsasında 8900 məqalə və tezis, 523 kitab və monoqrafiya nəşr olunub. Eyni zamanda 117 qrant layihəsi udulub, 50 patent alınıb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 7–8 sentyabr 2018-ci il tarixində keçirilməsi nəzərdə tutulan “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfransın hazırlıq işləri ilə bağlı iştirakçılara məlumat verib.

Sonra “Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti” mövzusunda elmi məruzə dinlənilib, bölmənin laboratoriyalarında tətbiqyönumlü tədqiqatların aparılması və yerinə yetirilməsinin vəziyyəti barədə məlumat verilib.

Sonda Rəyasət Heyətində aparılan elmi-tədqiqat işləri müzakirə olunub. Müzakirədə qarşıda duran vəzifələr nəzərdən keçirilib, aparılacaq tədqiqatların elmi səmərəliliyini gələcəkdə yüksəltmək, xüsusən tətbiqyönümlü tədqiqatları gücləndirmək üçün müvafiq tapşırıqlar verilib, bir sıra cari məsələlər müzakirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: