Şərurda 300 tondan artıq sarımsaq istehsalı gözlənilir

299

Bir neçə il bundan əvvələ qədər Şərur rayonunda sarımsaq əkini ilə məşğul olanlar çox az idi. Bu tərəvəz məhsuluna olan ehtiyac isə idxal hesabına təmin olunurdu.

NUHÇIXAN xəbər verir ki,  artıq Şərur rayonu ərazisində sarımsaq əkini ilə məşğul olanların sayı ildən-ilə artır. 2017-ci ilin payızında bu ilin məhsulu üçün rayonda 30 hektardan artıq sarımsaq əkilib.

Mütəxəssislərin fikrincə, bu il rayonda 300-350 ton sarımsaq istehsalı gözlənilir. Mətbəximizdə geniş istifadə edilən sarımsağa alıcı tələbatı da artıb. Ona görə istehsalçılar bu məhsulun istehlakında da heç bir çətinlik çəkmirlər.

Qeyd edək ki, sarımsaq öz faydasına görə bir çox tərəvəzləri üstələyir. Sarımsağın tərkibində 35-42 faiz quru maddə,  6-8 faiz zülal, 7-28 faiz C vitamini, efir yağı, bir çox xəstəliklərin törədicilərini məhv edən fitonsidlər, həmçinin allisin  adlanan maddə vardır. O, askorbin turşusu ilə zəngindir.

Sarımsaq müstəsna bakterisit və fitonsid xassəyə malikdir. Xalq təbabətində doğranıb sirkədə saxlanmış formalarından bəlğəmgətirici dərman kimi, soyuqdəymə xəstəlikləri zamanı tənəffüsü yaxşılaşdırmaqda, xroniki bronxit, dizenteriya, böyrəkdaşı və şəkərli diabet və digər xəstəliklərin törədicilərinə qarşı istifadə edilir.

“Şərurun səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: