Vyanada kosmos dövlətinin təqdimat mərasimi olub

254

Artıq Yer üzündə yaşamaq sizin üçün maraqsızdır? Bu kateqoriyadan olan insanlar üçün “Asqardiya” kosmos dövləti gələcəkdə Ay peykində yaradılacaq yeni koloniyada məskunlaşmağı təklif edir.

NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, Vyananın keçmiş imperator sarayı “Hofburq”da Azərbaycan mənşəli rusiyalı sahibkar İqor Aşurbəyli tərəfindən 20 ay əvvəl yaradılmış və artıq 200 min vətəndaşı, konstitusiya və parlamenti olan “Asqardiya” kosmos dövlətinin təqdimat mərasimi keçirilib.

İqor Aşurbəyli mərasimdə bildirib ki, “Asqardiya” dünyanın ən iddialı layihələrindən biridir. Bu layihə çərçivəsində qarşıdakı 10 ildə Ayda 150 milyon əhali üçün süni qravitasiya yaradılması, “kosmos tağlarının” quraşdırılması nəzərdə tutulur. “Bu gün bəşəriyyət tarixində ən mühüm hadisələrdən biri kimi qalacaq”, – deyən azərbaycanlı sahibkar əlavə edib ki, kosmos dövlətində bütün sahələr üzrə hökumət strukturları da formalaşdırılıb.

“Asqardiya” dövləti Nors (german-Skandinaviya) mifologiyasında səma krallığı Asqardın adı ilə bağlıdır. İ.Aşurbəylinin sözlərinə görə, hazırda kosmos dövlətinin vətəndaşları arasında BMT üzvü olan 193 ölkənin hamısının sakinləri var. İnternet vasitəsilə vətəndaşlıq müraciəti pulsuzdur və vətəndaşlar intellekt əmsalına görə seçilir. Yaxın 10-15 ildə Ayda “fəza tağlarının” tikintisinə başlanılacaq, 25 il sonra isə Yerin təbii peykində daimi yaşayış üçün şərait yaradılacaq.

Vətəndaşlıq alan hər bir asqardiyalı illik 100 avro məbləğində üzvlük haqqı ödəyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: