Bu gün Rusiyadakı dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq.
NUHÇIXAN-ın məlumatına görə, qarşılaşmalar G və H qruplarını əhatə edəcək.
Əvvəlcə H qrupunda Yaponiya-Polşa və Seneqal-Kolumbiya görüşləri təşkil olunacaq. Bu qrupda Polşanın 1/8 finala vəsiqə qazanmaq şansı qalmayıb. Hazırda 4 xala malik olan Yaponiya və Seneqal yığmasını növbəti mərhələ üçün 1 xal qane edir. Qrupda 3 xalı olan Kolumbiya isə qələbə barədə düşünəcək.
Bu qrupla müqayisədə G qrupunda növbəti mərhələyə vəsiqə qazanan komandalar bəllidir. 6 xalı olan İngiltərə və Belçika komandaları qrup birinciliyi uğrunda üz-üzə gələcəklər. Hər iki oyunda da məğlub olan Panama və Tunis isə ilk xallarını qazanmağa çalışacaq.
DÇ-2018, 28 iyun, III tur
H qrupu
18:00. Yaponiya – Polşa
Volqoqrad, “Volqoqrad Arena”
18:00. Seneqal – Kolumbiya
Samara, “Samara Arena”
G qrupu
22:00. İngiltərə – Belçika
Kalininqrad, “Kalininqrad” stadionu
22:00. Panama – Tunis
Saransk, “Mordoviya Arena”