Noyabrın 30-da Naxçıvan şəhərində “Müasir oftalmologiyanın son nailiyyətləri və problemləri” mövzusunda gənc oftalmoloqların elmi konfransı keçiriləcək.
Bu barədə NUHÇIXAN-a akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən bildiriblər.
Konfransın işinin əsas istiqamətləri aşağıdakılardır: Refraksiya qüsurları və optik mühitlərin patologiyası; Müasir cərrahiyyə; Uşaq yaşlarında görmə üzvünün patologiyası; Qlaukoma: patogenez, diaqnostika, müalicə, monitorinq; Vitreoretinal patologiya; Gözün distrofik və damar xəstəlikləri; Lazer və vitreoretinal cərrahiyyəsi; Görmə üzvünün yeni törəmələri; Orbitanın və müdafiə aparatının plastik və rekonstruktiv cərrahiyyəsi; Görmə üzvünün zədələri; Plastik və rekonstruktiv cərrahiyyə; Görmə üzvünün infeksion və parazitar xəstəlikləri; Oftalmoanesteziologiya; Оptometriya, görmənin eynək və кontakt korreksiyası; Oftalmologiyanın sosial məsələləri; Оftalmoloji xidmətin təşkili.
Konfransın materialları məqalə şəklində “Oftalmologiya” jurnalında çap olunacaq.
Konfrans haqqında bütün məlumatlar www.eye.gov.az saytında yerləşdirilib.