FIFA azarkeşlərin davranışına görə Polşa futbol klubunu cərimələdi

192

Beynəlxalq Futbol Federasiyası (FIFA) Polşa futbol klubunu 10 min İsveçrə frankı məbləğində cərimələyib. Bu, polşalı azarkeşlərin transparant qaydalarına uyğun olmayan plakatlar götürməsi ilə bağlıdır. Hadisə Moskvada Polşa-Seneqal oyununda baş verib.

NUHÇIXAN xəbər verir ki, FIFA cərimə tətbiq etməyini polşalı azarkeşlərin “siyasi çalarlı və təhqiramiz məzmunlu plakatlar” göstərməsi ilə əlaqələndirib. Federasiya məsələni təfərrüatı ilə açıqlamayıb.

Güman ki, söhbət üzərində ölkənin gerbi ilə yanaşı, Polşa millətçilərinin istifadə etdikləri rəmzin təsvir olunduğu bayraqdan gedir.

FIFA stadionlarda siyasi şüarları qadağan edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: