Paşinyan və Sarkisyanın görüşü nəticəsiz yekunlaşıb

88

Ermənistanın baş naziri Serj Sarkisyan və etiraz aksiyasının lideri Nikol Paşinyan arasında keçirilən görüş nəticəsiz yekunlaşıb.

NUHÇIXAN RİA Novosti-yə istinadən xəbər verir ki, Sarkisyan qısa sürən nəticəsiz danışıqlardan sonra danışıqları tərk edib.

Sarkisyan öncə bildirib ki, danışqılar jurnalistlərin iştirakı ilə keçirilməməlidir, Paşinyan buna cavab olaraq deyib ki, danışıqlar zamanı yalnız Sarkisyanın istefası müzakirə olunacaq.

“Əgər siz bu cür danışmağa davam etsəz, mənə sizə yalnız hüquqi müstəviyəyə və məntiqi hərəkətlərə qayıtmağa məsləhət etməyim qalır, əks halda bütün məsuliyyət sizin üzərinizə düşür, seçin”, deyə Sarkisyan bildirib.

Paşinyan qeyd edib ki, heç kim onunla hədə-qorxu dilində danışa bilməz. O əlavə edib ki, prezident ölkədə nə baş verdiyini dərk etmir: “Ölkədə hakimiyyət xalqa keçib”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: