23 iyun – Beynəlxalq Olimpiya Günüdür.
NUHÇIXAN xəbər verir ki, 1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında Beynəlxalq Olimpiya Gününü qeyd etmək təklifi irəli sürülüb. Beynəlxalq Olimpiya Günü ilk dəfə 1948-ci il iyunun 23-də 9 ölkədə qeyd olunub. Bu günü daha təntənəli şəkildə və bütün Milli Olimpiya komitələrinin iştirakı ilə qeyd etmək məqsədilə 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilib.
Azərbaycanda Beynəlxalq Olimpiya Qaçış Günü ilk dəfə 1996-cı ildə təşkil edilib. Elə həmin ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb.