NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Republikasında 22 aprel Beynəlxalq Yer Kürəsi Gününə həsr olunan iməciliklər keçirilib.
İməciliklərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, nazirliklərin , komitələrin, baş idarələrin, hüquq-mühafizə orqanlarının, ali və orta ixtisas təhsili müəssisələrinin kollektivləri magistral avtomobil yollarının ətraflarında və digər ərazilərdə yaşıllıqlara və meyvə bağlarına qulluq göstəriblər. Yeni ağac tinglər və gül kolları əkilib.