Mətbuat xidmətlərinin əməkdaşları esse yazıblar

326

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən attestasiyaya cəlb olunmuş dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlarının esse imtahanı mərhələsi keçirilib.

NUHÇIXAN xəbər verir ki, mərhələdə test imtahanında uğur qazanan 13 nəfər iştirak edib. Esse yazmaq üçün onlara 60 dəqiqə vaxt verilib. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb.

İştirakçılar “Naxçıvan İslam mədəniyyətinin paytaxtı kimi” mövzusunda esse yazıblar.

İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilib.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: