“Qarabağ”ın sabiq qapıçısı karyerasını Türkiyədə davam etdirə bilər

188

Növbəti mövsüm Türkiyə Super Liqasında mübarizə aparacaq “Çaykur Rizəspor” transfer fəaliyyətini davam etdirir.

NUHÇIXAN xəbər verir ki, Rizə təmsilçisi mövsümün sonunda “Qarabağ”dan ayrılan qapıçı İbrahim Şehiçlə anlaşıb. Bosniya və Herseqovina yığmasının futbolçusu yaxın günlərdə rəsmi müqaviləyə qol çəkəcək.

Super Liqa təmsilçisi son olaraq “Partizan”da çıxış edən 31 yaşlı hücumçu Zoran Toşiçlə də razılıq əldə edib.

Qeyd edək ki, Şehiçin adı İtaliyanın “Parma” və Türkiyənin “Ərzurumspor” klubları ilə hallanırdı. İyirmi doqquz yaşlı qapıçı Ərzurum təmsilçisi ilə ilkin anlaşma əldə etsə də, daha sonra “Çaykur Rizəspor”dan sərfəli təklif aldığı üçün qərarını dəyişib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: