Yayda qida rejimini gözləməklə bədən çəkisini azaltmaq olar

233

Bədən çəkisini azaltmaq üçün yay ən əlverişli dövr hesab olunur.

NUHÇIXAN-ın məlumatına görə, meyvə-tərəvəzlərin bol olduğu yay aylarında zərərli qidalardan uzaq olmaqla artıq çəkini bir neçə kiloqram azaltmaq mümkündür.

Çoxlu maye qəbul edilməsi bu sahədə ilkin şərtlərdən biridir. İsti havada orqanizm çox maye itirdiyinə görə həmin tələbatı ödəmək lazım gəlir. Susuzluğu daha çox adi su və yaşıl çay yatırır. Yeni çəkilmiş şirələr, şəkərsiz limonad və kompotlar qəbul edilməsi də məsləhət görülür. İsti yay günlərində hər 40-50 dəqiqədən bir sərin su içmək, qida rasionunda kaloriliyi azaltmaq lazımdır. Alimlərin fikrincə, isti havada enerjiyə ehtiyac təxminən 5 faizə qədər enir, buna görə də yayda daha az kalorili qida lazım olur.

İsti hava orqanizm üçün əsl sınaqdır. İştaha o qədər çox olmasa da, bu fəsildə qida qəbulundan sonra mədədə ağırlıq hissi yaranır. Orqanizmin normal işləməsi üçün diyetoloqlar yayda qidalanma vaxtını dəyişməyi, əsas qida qəbulunu daha çox günün sərin vaxtlarına salmağı məsləhət görürlər. Onların fikrincə, mövsümlə əlaqədar olaraq səhər yeməyinin tezdən saat 7-8-də, naharın 11-11.30-da, şam yeməyinin 18-də qəbul edilməsi daha yaxşıdır. Ac yata bilməyənlər saat 21-də yüngül qəlyanaltı ilə kifayətlənə bilərlər.

İsti hava şəraitində nahar vaxtı karbohidratlarla zəngin qida məhsullarının qəbulu orqanizmi enerji ilə yükləyir. Tərəvəz və meyvə salatları, qarabaşaq, düyü, kartof və pəhriz şorbaları mədədə ağırlıq hissi yaratmır. Ona görə də onları günorta qəbul etmək məsləhət görülür. Həmin karbohidratlar orqanizmdə asan mənimsənilir, ət və balıq yeməklərini şam vaxtına saxlamaq daha yaxşıdır, çünki nisbətən sərin havada onlar daha asan həzm olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: