“Milan” UEFA Avropa Liqasından kənarda qala bilər

160

UEFA İtaliyanın “Milan” futbol klubunu iki il avrokuboklardan uzaqlaşdırmaq istəyir.

NUHÇIXAN “Sky Sport” a istinadla xəbər verir ki, UEFA “rossonierilər”in maliyyə “Fair-play” qaydalarını pozmaqda iddia edir. İtaliya klubunun vəziyyətin həlli üçün təklif etdiyi müqavilə şərtlərini qitə futbol qurumu rədd edib. Bundan əlavə, UEFA biznes sahəsində şübhəli şəkildə tanınan klub sahiblərinə güvənmir.

“Milan” rəhbərliyi avrokuboklardan kənar qalacağı təqdirdə Lozanna Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verməyi planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: