“Rusiya 2018”: Uruqvay, yoxsa Səudiyyə Ərəbistanı?

168

İyunun 20-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının VII gününün ikinci oyununda “A” qrupunda yer alan Uruqvay və Səudiyyə Ərəbistan milliləri qarşılaşırlar.

NUHÇIXAN xəbər verir ki, “A” qrupunda ikinci turun sonuncu oyunu “Rostov Arena” stadionunda keçirilir. Oyunda uruqvaylıların start heyətində Muslera, Qodin, Xose Ximenes, Qilyermo Varela, Martin Kaseres, Matias Vesino, Rodriqo Bentakur, Karlos Sances, Kristian Rodriqes, Luis Suares, Edison Kavani meydana çıxıblar.

Səudiyyə Ərəbistan millisində start heyətində isə Məhəmməd Əl-Uvays, Usama Xausavi, Əli Əl-Bulayxi, Yasir Əş-Şakrani, Salman, Utayf, Taysir, Xatan Baxbir, Salem Əd-Dausari, Faxad Əl-Muvallad yer alıblar.

Uruqvay ilk turda Misir yığmasına (1:0) qalib gəlib. Səudiyyə Ərəbistan isə dünya çempionatın açılış matçında ev sahibləri Rusiya millisinə böyük hesabla (5:0) məğlub olub. Səudiyyə Ərəbistan yığması növbəti mərhələyə çıxmaq şansını itirməmək üçün bu görüşdə mütləq qələbə qazanmalıdır. Uruqvay millisinə isə səkkizdəbir finala yüksəlmək şansını qorumaq üçün bu görüşdə heç-heçə də kifayət edir.

Bu qrupda ikinci turun digər oyununda ötən gün ev sahibi Rusiya yığması Misir millisini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yığması isə 1994-cü, 1998-ci, 2002-ci və 2006-cı illərdə mundiallarda mübarizə aparıb. Qatıldığı ilk çempionatda qrup ikincisi kimi səkkizdəbir finala yüksələn Səudiyyə Ərəbistanı millisi bu mərhələdə İsveçə 1:3 hesabı ilə məğlub olub. Səudiyyə Ərəbistanı mundiallarda sonuncu qələbəsini 1994-cü ildə Belçika üzərində əldə edib – 1:0.

İki dəfə dünya çempionu olan Uruqvay yığması (1930 və 1950) indiyədək 12 mundialda çıxış edib.

Qrup mərhələsinin üçüncü turunda Misir ilə Səudiyyə Ərəbistanı və Uruqvay ilə Rusiya qarşılaşacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: