Ermənistanın baş prokuroru Artur Davtyan məhkəmədən müdafiə nazirinin sabiq müavini, deputat Manvel Qriqoryanın həbs olunmasını istəyib.
NUHÇIXAN-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, A.Davtyan ilkin istintaq orqanına M.Qriqoryana qarşı cinayət təqibini başlamaq, həbs qətimkan tədbirini seçmək üçün ərizə ilə müraciət edib.
Qeyd edək ki, M.Qriqoryan Milli Təhlükəsizlik Xidməti tərəfindən bir neçə gün əvvəl saxlanılıb.
O, qanunsuz silah və döyüş sursatları saxlamaqda ittiham edilir. Bundan başqa deputat 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.