Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb

147

Türkiyənin “Fənərbağça” futbol komandasının baş məşqçisi Aykut Kocaman vəzifəsindən kənarlaşdırılıb.

NUHÇIXAN-ın məlumatına görə, bunu klubun rəsmi saytında klubun yeni prezidenti Əli Koç açıqlayıb.

Ə. Koç qarşılıqlı razılaşma əsasında A. Kocaman ilə yollarını ayırdıqlarını bildirib və ona təşəkkür edib.

Qeyd edək ki, “Fənərbağça” 2017-2018-ci il futbol mövsümünü ikinci sırada tamamlayıb. Klubun iyunun 2-3-də keçirilən qurultayında məşhur iş adamı Əli Koç prezident seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: