17 iyun – Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

192

17 iyun – Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür.

NUHÇIXAN xəbər verir ki, Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Gününün builki mövzusu “Torpaq əsl dəyərə malikdir – Ona sərmayə qoyun!”dur.

Bu günün qeyd edilməsi 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunub. Elə həmin il Birləşmiş Millətlər Təşkilatı tərəfindən səhralaşma ilə mübarizə haqqında Konvensiya qəbul edilib. Hazırda 170 dövlət Konvensiyaya qoşulub. Sənəddə dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.

Səhralaşma quraq, yarımquraq və nisbətən rütubətli ərazilərdə torpağın deqradasiyaya uğraması nəticəsində yaranan qlobal ekoloji və sosial-iqtisadi problemdir. Səhralaşmanın yaranmasının əsas səbəbi antropogen faktorlar və iqlim dəyişkənliyidir.

Bu problem Yer kürəsinin 250 milyondan çox sakininə təsir edir və təqribən yüzdən artıq ölkədə bir milyarddan çox əhali təhlükə altındadır. Belə ki, həmin insanlar dünyanın ən kasıb, ən təcrid olunmuş və siyasi cəhətdən ən zəif ölkələrində yaşayırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: