Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşları ölkəmizdə yaradılmış seçki məntəqəsində səs verirlər

237

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçkilərində səs verməyə başlayıblar.

NUHÇIXAN xəbər verir ki, səsvermə yerli vaxtla səhər saat 09:00-da başlayıb və axşam 21:00-da bitəcək.

Səsvermədə iştirak edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyib ki, bu gün Bakı üzrə 5209 nəfər, Naxçıvanda 330 nəfər, Gəncədə isə 207 Türkiyə vətəndaşı səs verir. Səsvermə prosesi ilə bağlı Türkiyə səfirliyində 5 seçki qutusu qoyulub.

Diplomat bildirib ki, bu gün ikiqat bayramdır. Həm Ramazanın son günüdür, həm də prezident və parlament seçkiləri üçün səsvermə keçirilir. Bu gün demokratiyanın, millətin öz iradəsinə sahib çıxdığını, azad seçim etdiyini göstərən bir gündür. Bu gün 60 ölkədəki 123 Türkiyə təmsilçiliyində səsvermə keçirilir.

E.Özoral qeyd edib ki, xarici ölkələrdə səsvermə prosesi seçkilərdən bir həftə əvvəl başlayır. Seçici sayı daha yüksək olan ölkələrdə proses 15 gün davam edir. Məsələn, Almaniyada Türkiyə vətəndaşı çox olduğundan səsvermə prosesi iki həftə əvvəl başlayıb. Xarici ölkələrdə bu səsvermə prosesi iyunun 19-na qədər davam edəcək. Bu gün də burada səsvermə üçün lazımlı tədbirlər görülüb. İndiyə qədər səsvermə çox rahat keçirilir.

Səfir yekun nəticənin vətənə, millətə xeyirli olacağına ümid edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: