“Çınqıllı” qazlı su istehsal edəcək

434

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayonunun Keçili kəndində yerləşən “Çınqıllı Bulaq” Məhdud Məsuliyətli Cəmiyyətinin bulaq suyu istehsalını genişləndirir.

2010-cu ildən fəaliyyətə başlayan müəssisədə istehsal olunan suyun mənbəyi zavoddan 1  kilometr aralıda yerləşən  Ərəzi dağının ətəyindəki məşhur bulaqdır. Zavodda quraşdırılan müasir avadanlıqlar vasitəsi ilə 0.5, 1,5, 10 , 19, 20 litrlik qablarda qazsız “Çınqıllı” suyu istehsal olunur. Muxtar respublikanın daxili bazarından başqa məhsullar Bakı şəhəri  və ölkənin digər bölgələrinə də ixrac olunur. Ümumiyətlə istehsal olunan suyun 80 faizindən çoxu muxtar respublikadan kənara göndərilir. İyun ayının əvvəllərindən başlayaraq zavodda  yeni avadanlıqlar quraşdırılıb.  Artıq  0.5 və 1 litirlik  şüşə butulkalarda qazlı su istehsal edilməyə başlanılıb.

Təbii bulaq suyunun xaricə ixracı  da planlaşdırılır. Bunu  üçün bir neçə xarici ölkəyə nümunə üçün məhsul da göndərilib.

                                                                                     Novruz Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: