Xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi başlayıb
Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ilk səsvermə gömrük-keçid məntəqələrində və xarici ölkələrdə başlayıb.
NUHÇIXAN rəsmi mənbələrə istinadla xəbər verir ki, səsvermə Türkiyə Ali Seçki Komissiyası tərəfindən müəyyən edilmiş qrafik əsasında keçirilir. Təxminən 3,5 milyon Türkiyə vətəndaşı 60 ölkədə fəaliyyət göstərən 123 diplomatik nümayəndəlikdə, o cümlədən ölkədən çıxan vətəndaşlar 36 gömrük-keçid məntəqəsində səsvermədə iştirak edə biləcəklər.
Xarici ölkələrdə və gömrük-keçid məntəqələrində səsvermə iyunun 23-də başa çatacaq.