Beynəlxalq forum iştirakçıları Naxçıvanla yaxından tanış olublar

266

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda keçirilən 6-cı Beynəlxalq Kaspian Enerji Forumun iştirakçıları muxtar respublikanın tarixi yerləri, o cümlədən bir sıra istehsal müəssisələri ilə tanış olublar. “Duzdağ Fizioterapiya Mərkəzi”ndə olan qonaqlara  son illər əsaslı şəkildə yenidən qurulan mərkəzdə təbii yolla necə müalicə almaq və bunun üçün yaradılan şərait haqda məlumat verilib.  Bildirilib ki, ölkənin müxtəlif regionları ilə bərabər xəstələr dünyanın bir çox ölkələrindən də  bura müalicə üçün müraciət edirlər.

Forum iştirakçıları həmçinin Xan sarayı, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət ediliblər. “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də,“Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-də qonaqlara istehsal prosesi barədə ətraflı məlumatlar verilib.  Qeyd olunub ki,  müəssisələrin istehsal etdikləri keyfiyyətli məhsullar yerli bazarın tələbatını ödəməklə yanaşı, digər ölkələrə də ixrac olunur.

 “Cahan Sənaye Kompleksi” MMC-də olan qonaqlar burada panel radiator və dam örtükləri, plastik boruların istesal prosesini izləyiblər.

                                                                    Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: