Moskvada futbol üzrə XXI dünya çempionatı başlayıb

227

Mundialın açılış oyununda Rusiya və Səudiyyə Ərəbistanı yığma komandaları qarşılaşırlar

İyunun 14-də Bakı vaxtı ilə saat 19:00-da Moskvadakı “Lujniki” stadionunda futbol üzrə XXI dünya çempionatına start verilib.

NUHÇIXAN xəbər verir ki, 81 min tamaşaçı tutumuna malik “Lujniki” stadionunda ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşır.

Mundialın açılış oyununu argentinalı Nestor Pitana idarə edir.

Rusiya millisinin start heyətində İqor Akinfeyev, Mario Fernandes, Sergey İqnaşeviç, İlya Kutepov, Yuriy Jirkov, Roman Zobnin, Yuriy Qazinskiy, Aleksander Samedov, Alan Jaqoev, Aleksandr Qolovin və Fedor Smolov yer alıblar.

Səudiyyə Ərəbistanı yığmasının ilk on birliyində meydana Abdullah Almuaif, Osama Havsavi, Omar Havsavi, Məhəmməd Alburaik, Salman Alfarac, Yahya Alşahri, Məhəmməd Alsahlavi, Yasser Alşahrani, Abdullah Otaif, Taisir Alcassam və Salem Aldavsari çıxıblar.

Qeyd edək ki, Rusiya millisi dünya çempionatlarının final mərhələsində 1994-cü, 2002-ci və 2014-cü illərdə çıxış edib. Rusiyalılar dünya çempionatlarında sonuncu qələbəsini 2002-ci ildə Tunis üzərində qazanıblar – 2:0.

Səudiyyə Ərəbistanı yığması isə 1994-cü, 1998-ci, 2002-ci və 2006-cı illərdə mundiallarda mübarizə aparıblar. Qatıldığı ilk çempionatda qrup ikincisi kimi səkkizdəbir finala yüksələn Səudiyyə Ərəbistanı millisi bu mərhələdə İsveçə 1:3 hesabı ilə məğlub olub. Səudiyyə Ərəbistanı mundiallarda sonuncu qələbəsini 1994-cü ildə Belçika üzərində əldə edib – 1:0.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: