Sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubu müəyyənləşib

174

Sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubu müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, “KPMG Football Benchmark”ın araşdırmasına əsasən, İspaniya təmsilçisi “Real Madrid” ilk sıradadır. “Kral klubu”nun 214,5 milyon izləyicisi var. İkinci sırada 211,3 milyonluq göstərici ilə başqa bir İspaniya klubu – “Barselona” qərarlaşıb.

İngiltərənin “Mançester Yunayted” klubu isə siyahıda üçüncüdür. “Qırmızı şeytanlar”ı 114,9 milyon nəfər izləyir.

“Real Madrid”in hücumçusu Kriştianu Ronaldu sosial şəbəkələrdə ən çox izləyicisi olan futbolçudur – 318,3 milyon.

Qeyd edək ki, siyahı “Facebook”, “Instagram” və “Twitter” hesabları üzrə izləyici göstəricilərinə əsasən hazırlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: