Babəkdə Milli Qurtuluş Günü qeyd olunub

265

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında da  “15 İyun- Milli Qurtuluş Günü ”nə həsr olunan  tədbir keçirilib. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev fəaliyyətində daim ümumxalq mənafeyindən çıxış edərək hakimiyyətdə olduğu hər iki dövrdə bu amal uğrunda bütün gücünü səfərbər edib. Dahi şəxsiyyətin müəyyən etdiyi siyasi xəttə sadiqlik Naxçıvan Muxtar Respublikasını yeni inkişaf mərhələsinə yüksəldib..

Tədbirinin bədii hissəsində şagirdlər ulu öndərə həsr olunan  şeirləri bədii qiraət ediblər. Rayon Mədəniyyət Evinin xor kollektivi isə  bəstəkar Şəmsəddin Qasımovun   “Sönməyən Günəşim” əsərini ifa edib.

Daha sonra tədbir iştirakçıları Milli Qurtuluş Gününə həsr olunan sənədli filmə baxıblar.

                                                                     Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: