“Neftçi” futbol klubunun əvəzedici komandasına baş məşqçi təyinatı olub. Bu vəzifəni Mahmud Qurbanov yerinə yetirəcək.
NUHÇIXAN xəbər verir ki, 1996-1997-ci, 2004-2005-ci illərdə “Neftçi”də çıxış edən M.Qurbanov “Kəpəz”, “Şəmkir”, “Fulad” (İran), “Tavriya” (Ukrayna), “Xəzər-Lənkəran”, “İnter” və “Bakı” klublarında da oynayıb.
“Professor” ləqəbli futbolçu rekord sayda – 11 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Azərbaycan milli komandasının heyətində 76 oyunda meydana çıxan M.Qurbanov 1 qol vurub.
Mahmud Qurbanov futbolçu karyerasını başa vurandan sonra “Kəpəz”in baş məşqçisi, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi vəzifələrində çalışıb. UEFA-nın A kateqoriyalı məşqçisidir.