Babək rayonunun 40 illiyinə şagirdlərin töhfəsi

259

Bu il Babək rayon ümumtəhsil məktəblərini  538  şagird  bitirir. Onlardan  338 nəfəri ali məktəblərə sənəd verib. Qəbulun I mərhələsində 34 şagird 500-700 intervalında bal toplayıb.

NUHÇIXAN xəbər verir ki, rayon üzrə  ən yüksək  bal toplayan Babək qəsəbə 1 nömrəli tam orta məktəbin  şagirdi Zübeydə Zeynalovadır. O həm də Azərbaycan Respublikası üzrə keçirilən fənn olimpiadasında Azərbaycan dili üzrə 3-cü yerə layiq görülərək bürünc medal qazanıb.

Babək rayon məktəbliləri təhsilə yaradılan şəraitdən, göstərilən qayğıdan səmərəli istifadə edirlər.   Onların yüksək nəticə göstərmələri rayonun 40 illik yubiley ilinə böyük töhfədir.

Hafizə  Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: