Milli Məclisin növbədənkənar plenar iclası keçirilir

216

İyunun 12-də Milli Məclisin növbədənkənar plenar iclası keçirilir.

NUHÇIXAN xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açıq elan edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Oqtay Əsədov bildirib ki, gündəliyə 23 məsələ daxildir.

İclasda ““Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Qanunu (İkinci səsvermə), “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair “Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” qanun layihələri müzakirə olunacaq.

Sonra Vergi, Əmək məcəllələrində, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Sərhəd qoşunları haqqında”, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Mülki müdafiə haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Siyasi partiyalar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Dövlət rüsumu haqqında”, “Təhsil haqqında”, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılacaq.

Deputatlar, həmçinin “Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihələrini, “Məşğulluq haqqında” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihələrini ikinci oxunuşda müzakirə edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: