Erməni yazıçı: Dağlıq Qarabağ heç zaman ermənilərin olmayıb və olmayacaq

249

Dağlıq Qarabağ münaqişəsi Ermənistana və ermənilərə heç nə qazandırmayıb. Erməni xalqı bu münaqişənin nəticəsi olaraq yalnız ağır sosial problemlər içərisində qalıb. Ermənistandakı çətin iqtisadi vəziyyət səbəbindən on minlərlə insan evlərini tərk edib və xarici ölkələrə köçüb. Bu gün Yerevanda və başqa şəhərlərdə nə qədər evlərin qapısı bağlı qalıb.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri erməni əsilli yazıçı, “Literaturnaya Kanada” almanaxının baş redaktoru Vaaqn Karapetyan ermənilərə müraciətində deyib. O bildirib ki, ölkəni tərk edən erməni ailələri bu addımı sadəcə ac qalmamaq üçün atırlar. Artıq ermənilər sabaha ümid etmirlər, uşaqlarının gələcəyini Ermənistanda görmürlər. Erməni siyasətçiləri dərk etməlidirlər ki, Dağlıq Qarabağ heç zaman Ermənistanın olmayıb və olmayacaq. Bu gün Dağlıq Qarabağdakı ermənilər də oranı tərk edirlər. Bundan əvvəl ermənilər deyirdilər ki, onların Dağlıq Qarabağda yaşamalarına azərbaycanlılar imkan vermir, bəs bu gün niyə oranı tərk edirlər? Erməni əsilli ziyalı vurğulayıb ki, Ermənistanın apardığı işğalçı siyasət Dağlıq Qarabağ ermənilərini də aclığa və səfalətə məhkum edib. Əvvəllər azərbaycanlılar və ermənilər Dağlıq Qarabağda mehriban yaşayırdılar. Müharibə nəticəsində heç bir erməni heç nə əldə etməyib. Mənim qohumum David də müharibəyə getdi və cənazəsi gəldi. Erməni siyasi elitası əsassız ərazi iddialarından əl çəkməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: