G7 ölkələrinin Liderlər Zirvəsi başa çatıb

302

Dünyanın ən böyük iqtisadiyyatı olan G7 ölkələrinin Kanadanın Charlevoix bölgəsində keçirilən Liderlər Zirvəsi başa çatıb.

NUHÇIXAN Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, zirvənin bağlanışı münasibətilə keçirilən mətbuat konfransında çıxış edən Kanadanın Baş naziri Justin Trudeau bütün liderlərin ortaq bir kommunike qəbul etdiklərini söyləyib.

Sənəddə iqtisadi inkişaf üçün investisiya yatırılmasının vacibliyi vurğulanır, iş və peşə sahələrinə, gender bərabərliyinin və qadınların hüquqlarının qorunmasının və onların fəaliyyətinin dəstəklənməsinə diqqətin artırılacağı bildirilir.

Kommunikedə, həmçinin sülhsevər, dinc və təhlükəsiz dünya qurmaq üçün əməkdaşlığın vacibliyi qeyd olunur, iqlim dəyişikliyi və təmiz enerji məsələlərində birgə əməkdaşlığın önəmi diqqətə çatdırılır.

“RİA Novosti” agentliyinin verdiyi məlumatda isə bildirilir ki, G7 liderləri Rusiyanı sabitliyi pozan hərəkətlərə son qoymağa çağırıb və Moskvanı cavab tədbirləri ilə hədələyiblər. “Biz Rusiyanı sabitliyi pozan davranışları, demokratik sistemləri pozmağı və Suriya rejimini dəstəkləməyi dayandırmağa çağırırıq”, – deyə sənəddə qeyd olunur.

Bununla belə, liderlər regional böhranların və öz maraqlarında olan qlobal çağırışların həllində Rusiya ilə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

G7 ölkələrinin növbəti Liderlər Zirvəsi 2019-cu ildə Fransada keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: