Mütəxəssislər üçün kurs keçirilib

206

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində hərbi hissələrdə çalışan maliyyə və mühasibat işçiləri üçün “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təkmilləşdirici kurs keçirilib. Kursda Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 23 əməkdaşı iştirak edib. Üç gün ərzində keçirilən kursda hərbi hissələrdə maliyyə mühasibat işinin aparılması, xərclərin formalaşdırılması və ödənilməsi mexanizminin təkmilləşdirilməsi, hərbi qulluqçuların istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması qaydaları, hərbi hissələrdə vergi uçotunun təşkili, xəzinə əməliyyatlarının aparılması və ümumi maliyyə intizamının daha da yaxşılaşdırılması mövzuları üzrə təlimlər keçirilib.Hər kurs gününün sonunda iştirakçılara sorğu anketləri paylanılıb. Sonuncu gün keçirilmiş təlimlərlə bağlı praktik tapşırıqlar verilib, mübahisə yaradan mövzular iştirakçılarla birlikdə həll edilib. Kursun yekununda iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin
mətbuat xidməti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: