Naxçıvanda arıçılığa maraq artıb

365

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada arıçılığın inkişafına göstərilən qayğının nəticəsidir ki, bu sahə ilə məşğul olanlar məhsul istehsalını artırır, daxili bazara keyfiyyətli məhsul çıxarırlar.

Naxçıvan muxtar respublikasında  2017-ci ildə arıçılıq üzrə təsərrüfat subyektlərinə 50 min manat məbləğində kredit verilib, 3 arıçı təsərrüfatı və mum vərəqi istehsalı sahəsi yaradılıb.

Muxtar respublikada “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi də bu sahəyə marağın artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərib. Hazırda muxtar respublikada 71 min 66 arı ailəsi mövcuddur. Bu da ötən ildəkindən artıqdır. 2017-ci ildə bal istehsalı əvvəlki ilə nisbətən 1,5 faiz artaraq 1424 ton təşkil edib.

Culfa rayonunda  yaşayan təcrübəli arıçı İlqar Hüseynov  Sahibkarlığa Kömək Fondundan 12 min manat kredit götürməklə 20 arı ailəsini 114 –ə çatdırıb. Ötən il “Arıçılıq məhsulları-bal festivalı”na 370 kiloqram süzmə, 70 ədəd ramka bal çıxarıb. Arıçı bu il məhsul istehsalını 1 tona çatdırmaq niyyətindədir. İlqar Hüseynov deyir ki, istehsal olunan bal “Gülüstan təbii çiçək balı” brendi ilə satışa çıxarılır.  Hər bir arı ailəsində məhsuldarlığı yüksəltmək üçün xəstəliklərə qarşı lazımi mübarizə tədbirləri aparılır.

Muxtar respublikada arıçılığın inkişafına yaradılan şərait bu sahəyə marağı daha da artırıb və nəticədə  daxili bazar keyfiyyətli məhsulla təmin edilir.

                              Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: