İnteraktiv dərs keçirilib

219

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzində interaktiv dərs keçirilib. “Şahbuz Dövlət Təbiət Qoruğunun florası və bitki örtüyü” mövzusunda keçirilən dərsi muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbinin şagirdi izləyib.  Dərs biologiya üzrə fəlsəfə doktoru Namiq Abbasov tərəfindən aparılıb.

Qeyd olunub ki, Azərbaycan florasında aparılan tədqiqat işləri nəticəsində 1500-ə yaxın dərman, 1500 növ boya, 400 vitaminli, 800 növ yem, 600-dən çox nektarlı, o cümlədən 400 bal verən bitki olduğu müəyyənləşdirilib. Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində bir sıra faydalı yabanı bitkilər yayılıb. Faydalı bitkilərdən qida əhəmiyyətli, o cümlədən dərman bitkiləri üstünlük təşkil edir. Təsərrüfat əhəmiyyətli bitkilər arasında balverən bitkilər  xüsusi yerə sahib olmaqla, arıçılığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Ərazi florasında 181 növ balverən bitki növü aşkar edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: